Ayaq qoxusunun əsas səbəbi tərdir. İnsan ayağında 250 mindən çox tər vəzisi var və bu səbəbdən nə qədər mümkünsüz kimi görünsə də, ayaq bədənin digər hissələrindən daha çox tərləmə qabiliyyətinə malikdir. Tərin özü deyil, onunla birlikdə gələn bakteriyalar ayağın pis qoxusunun əsas səbəbidir. Ayaq qoxusunun qarşısını almaq üçün ilk növbədə ayaqların tərləməsini minimuma endirmək lazımdır. Bakteriyalar ayaq barmaqları arası, ayaqqabı və ya corab kimi qaranlıq və nəmli yerləri sevirlər. Burada böyüyən bakteriyalar, ölü dəri hüceyrələri və ayaqdakı yağlarla qidalanaraq qoxuya səbəb olan üzvi turşular istehsal etməyə başlayır.

Ayaq qoxusunu necə aradan qaldırmaq olar?
- Hər gün barmaq aralarını təmizləyərək, dabanlardan ölü dərini çıxarıb ayaqlarınızı sabunla yuyun,. Antibakterial və ya antifungal sabun istifadə edə bilərsiniz.
- Dırnaqlarınızı qısa kəsin, bakteriya üçün yer qalmasın.
- Hər gün yeni corab geyin. Gün ərzində fürsətiniz olsa, corablarınızı dəyişdirin. Pambıq corab geyin.
- Hər gün eyni ayaqqabı geyinməməyə çalışın. Ən azı bir gün ara verin və ertəsi gün yenidən geyin.
- Hava ala bilən orijinal dəridən və ya havalana bilən bir materialdan hazırlanmış ayaqqabı almağa diqqət yetirin. Sintetik məhsullardan çəkinin.
- Yaz aylarında açıq ayaqqabı və sandal geyin.
- Ayaq sağlamlığı üçün xüsusi istehsal olunan ayaq spreyləri, kremlər, pudra kimi məhsullar alın və istifadə edin.